Sosial
Nazirlikdən YANĞIN XƏBƏRDARLIĞI
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına müraciət edib.
Nazilrikdən Publika.az-a verilən xəbərə görə,
müraciətdə deyilir ki, taxıl sahələrinin biçindən sonra
yandırılması yolverilməzdir. Belə ki, bu addım həm ekoloji
baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir və
torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının
məhv olmasına gətirib çıxarır. Samanın yandırılması nəticəsində
torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində
formalaşmış faydalı mikroorqanizmlər məhv olur.
“Yanğından sonra torpağın həyat qabiliyyətini yenidən bərpa etməsi
üçün əlavə resurslar və zaman tələb olunur. 1 hektar sahədə samanın
yandırılması nəticəsində 40-50 kiloqram azot, 70-80 kiloqram
fosfor, 90-100 kiloqrama qədər kalium elementi və 1-1,5 ton humus
itirilir. Bu itkini kompensasiya edilməsi üçün torpağın hər
hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda
biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin
sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30% azaldır,
fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul
götürür”.
Müraciətdə bildirilib ki, biçindən sonra əkin sahələrini yandıran
fermerlərin nəzərinə çatdırırıq ki, onlar bu əməli törətməklə
qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət
daşıyırlar:
“Ötən il dekabrın 15-də “Torpaqların münbitliyi haqqında”
Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilən
dəyişikliyə əsasən əkin yerinin yandırılması qadağan edilib. Bu
qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin
münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını
almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati
Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin
yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli
şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000
manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər.
Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl
sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça
halında əkin sahələrinə verib şum və digər torpaq becərmə
əməliyyatları aparmağı tövsiyə edir”.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı