Sosial
Rövşən Rzayev məcburi köçkünləri qəbul etdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin qəbulu keçirilib.
Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, şöbə və departament rəhbərləri məcburi köçkünləri qəbul ediblər.
Məcburi köçkünlərin problemləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, statusun verilməsi, kommunal xidmətlər, işəgötürmə və digər məsələlərlə əlaqəli olub.
Onlara məlumat verilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirləri sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva keçirdiyi ilk müşavirədə ağır vəziyyətdə, qəzalı və yararsız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Qaçqın və məcburi köçkünlərin maddi rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Məcburi köçkünlərin müraciətləri müvafiq qaydada qeydə alınıb.
Dövlət Komitəsinin sədri qəbula gələnlərin müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı geniş izahat verilib.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI