Maliyyə Nazirliyi mədəniyyət müəssisələrindəki qanun pozuntularını AÇIQLADI
Bizi izləyin

Sosial

Maliyyə Nazirliyi mədəniyyət müəssisələrindəki qanun pozuntularını AÇIQLADI

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2018-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin mədəniyyət müəssisələrində aparılan nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, tərbirlər zamanı ixtisas, qrup və fərdi məşğələlərin tədrisinə dair məşğələ jurnalları olmadığı və sinif otaqlarının sayı imkan vermədiyi halda, habelə məşğələ jurnallarında qeyd olunandan artıq dərslərin tədris edilməsi rəsmiləşdirildiyi müəyyən edilib.

Eyni gün və saatlarda eyni müəllimlər tərəfindən müxtəlif məşğələlərin tədrisi rəsmiləşdirilib, məktəblərdən xaric edilən uşaqların adları dərs jurnallarında saxlanılaraq onlara, habelə faktiki olaraq dərsə davamiyyəti olmayan şagirdlərə dərslərin deyilməsi sənədləşdirilib, kitabxanalarda kitab verilişinin və oxucu sayının əsassız olaraq artırılması hesabına əməkhaqlarının aylıq ödəniş dərəcələri yüksək müəyyənləşdirilib və müxtəlif vəzifələr üzrə artıq ştat vahidləri saxlanılıb, yararsız vəziyyətdə olan nəqliyyat vasitəsinə icbari sığorta üçün, habelə onun istismarı adı ilə yanacaq və ehtiyat hissələrinin alınmasına vəsait xərclənib, işçiyə verilməsi sənədləşdirilmiş xeyli məbləğdə ezamiyyə haqqı faktiki olaraq işçiyə verilməyib, yeni alınmış və istismar müddəti başa çatmamış çoxlu sayda avadanlıqlar əsassız olaraq uçotdan silinib, müvafiq ixtisas təhsili olmayan şəxslərə dərslərin deyilməsi həvalə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm