• USD 1,7000 0,00% EUR 2,0264 +0,09%
    • GBP 2,3680 +0,13% RUB 0,0233 0,00%

Hacı Şahindən QALMAQALLI AÇIQLAMA: "Hər namaz qılan..." - VİDEO

  • Sosial
  • 15 Avqust 2018 23:20
  • 5 220 Baxış
Hacı Şahindən QALMAQALLI AÇIQLAMA: "Hər namaz qılan..."

İlahiyyatçı Şahin Həsənlinin cümə xütbəsində söylədiyi fikirlər ictimaiyyətdə birmənalı qarşılanmayıb. Elm adamları, ziyalılar ilahiyyatçının fikirlərinə dəstək versələr də, dindar kütlə narazılıqlarını gizlətməyib.

Qeyd edək ki, Hacı Şahin ötən cümə xütbəsində yalançı dindarlardan söz açıb və hər spirtli içənin pis adam olmadığını dilə gətirib:

"İnsanlara tez qiymət verməyin. Zahirində pisliklər gördüyünüz adamların batili təmiz ola bilər. Adam var ki, zahiri gözəldir, dindardır, dilindən zikr düşmür, amma xəbis adamdır. Adamlar bir dəryadır, şəffaf deyil ki, rahat tanıyasan. Namaz qılanlar hamısı yaxşıdır, içki içənlərin hamısı pis. Belə olsaydı, nə var idi ki... İmam başı kəsənlərin çoxu namaz qılanlardan çıxıb. Mən sizə tarixi deyirəm. Özüm namaz qılanam, dindaram, din xadimi olduğum üçün bunu rahat deyirəm. Bundan əvvəl demişdim ki, namaz qılıb özündən razı olmaqdansa, araq içib özündən narazı olsan yaxşıdır. Araq içmək günahdır, şeytan əməlidir. Bir amması var ki, hər namaz qılan, hər araq içəndən üstün deyil".

Qeyd edək ki, müğənni Nadir Qafarzadə Hacı Şahinin fikirlərini İnstaqram səhifəsində izləyicilərilə bölüşüb. Müğənninin bu paylaşımı böyük müzakirəyə səbəb olub. Müğənni namaz əhlini müdafiə edənlərə namaz əhli tərəfindən aldanıldığı faktını açıqlayıb.

"Bir namaz qılan, oruc tutan ailə dostumuz var idi, 10 il çörək kəsdik. Axırda da küllü miqdarda pulumu mənimsədi, getdi", deyə Qafarzadə bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR