Azərbaycanda işsizlərin sayı açıqlandı
Bizi izləyin

Sosial

Azərbaycanda işsizlərin sayı açıqlandı

Azərbaycanda rəsmi işsiz status alanların 37.1 faizi qadınlardır.

Bu barədə Publika.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il avqustun ayının 1-nə olan məlumata görə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,1 min nəfər olub.

Onların 37,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 273,9 manat olub. Yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148,0 saat təşkil edib.

Bu ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 2334 nəfər olub. Onlardan 33,3 faizi tikintidə, 30,2 faizi mədənçıxarma sənayesində, 8,6 faizi emal sənayesində, 6,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,6 faizi təhsil və 13,0 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm