Sosial
Xidmət rəisi: "Qurbanlıq heyvan qüsursuz olmalıdır"
Publika.az Kənd Təsərrüfatı Nazirliyi
yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayevin
mətbuata müsahibəsini təqdim edir:
- Hal-hazırda Dövlət Baytarlıq Xidməti hansı səlahiyyətlər
çərçivəsində fəaliyyət göstərir?
- Baytarlıq xidməti olaraq vəzifəmiz respublika ərazisində
heyvanlar və quşlar arasında baş verə biləcək xəstəliklərə qarşı
mübarizə aparmaq və heyvanların müalicəsini həyata keçirtməkdən
ibarətdir. Hal-hazırda bizim qurum 13 xəstəliyə qarşı profilaktiki
peyvəndləmə işi aparır. Bu xəstəliklərə qarşı mübarizə dövlət
büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
- Dövlət Baytarlıq Xidmətinin fəaliyyəti ilə bağlı hansı
mesajların verilməsini məsləhət bilirsiniz?
- Dövlət Baytarlıq Xidməti olaraq vətəndaşlara demək istəyirəm ki,
epizootik tədbirlərin aparılmasında yerlərdə fəaliyyət göstərən
baytar həkimlərə köməklik etsinlər, tədbirlər aparılan zaman
heyvanların tutulmasında, fiksasiya olunmasında yardım
göstərsinlər. Heyvanlarda özbaşına müalicə və digər
baytarlıq-sanitariya tədbirləri aparmasınlar. Eyni zamanda İri
heyvandarlıq təsərrüfat sahibləri daim heyvanların saxlanıldığı və
gəzdirildiyi yerləri profilaktiki dezinfeksiya etdirsinlər.
- Qarşıdan Qurban bayramı gəlir. Vətəndaşlara qurbanlıq
heyvan seçimi ilə bağlı hansı tövsiyələri verərdiniz?
- Qurbanlıq heyvanlarla əlaqədar onu demək istəyirəm ki,
vətəndaşlar heyvanların duruşuna, sağlamlığına xüsusi fikir
versinlər. Qurbanlıq heyvan hər cəhətdən qüsursuz olmalıdır.
- Qonşu ölkələrdə baş verən xəstəliklərin ölkəmizə
keçməməsi üçün hansı profilaktik tədbirlər görülür?
- Qonşu ölkələrdə hər hansı xəstəlik qeydə alınarsa, onlara qarşı
mübarizə aparırıq. Qeyd edim ki, ölkə ərazisində müəyyən
xəstəliklərə qarşı profilaktiki peyvəndləmə aparılıb. Bu tədbirlər
mərhələlərlə həyata keçirilir və hazırda ölkəmizdə iti yoluxucu
xəstəliklərə görə epizootik sabitlik qorunur.
- Qarşıdan payız fəsli gəlir. Bu dövrdə heyvanlar necə
saxlanılmalıdır?
- Fermerlər payız fəslində heyvanlar üçün yem ehtiyatı əldə
etməlidir. Saxladıqları heyvanların sayına uyğun olaraq qış fəsli
üçün yem toplamalıdır. Bir də məsləhətim odur ki, heyvanları
yemləmək üçün qüvvəli yemlərə üstünlük versinlər. Əhaliyə,
təsərrüfat sahiblərinə onu demək istəyirəm ki, heyvanların
saxlanma, bəslənmə və havalanma şəraitinə diqqət göstərmək
vacibdir. Birinci növbədə vətəndaşlardan, fermerlərdən xahişimiz
ondan ibarətdir ki, heyvanların sağlamlığına fikir versinlər. Əgər
bir şübhəli hal baş verərsə, dərhal yerli baytarlıq idarələrinə və
sahə baytarlıq məntəqələrinə müraciət etmək lazımdır. Çünki sağlam
heyvan olmadıqda, sağlam qidadan söhbət gedə bilməz. Heyvanların
sağlam olması üçün isə ilk növbədə heyvanların infeksion
xəstəliklərdən qorunması və onlara qarşı mübarizə tədbirlərinin
aparılması vacibdir.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK