Əmək müqaviləsi olmadan çalışmaq... - Açıqlama
Bizi izləyin

Sosial

Əmək müqaviləsi olmadan çalışmaq... - Açıqlama

Əmək münasibətləri əmək müqaviləsi əsasında həyata keçirildikdə bu, işçiyə onun həyatının, sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində və qanunvericiliklə müəyyən olunan iş vaxtı müddətində çalışmaq hüququ yaradır. Bu, həmçinin işçiyə minimum əmək haqqından aşağı olmayan məvacib almaq, məcburi dövlət sosial sığortasına cəlb edilərək gələcəkdə sosial təminat hüququ əldə etmək imkanı verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, bu fikirlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Füzuli, Beyləqan rayonlarından olan işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. Seminar “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.

Tədbirdə vurğulanıb ki, əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir. Belə halda işçi qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əməkhaqqından aşağı olmayan məvacib almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək, istirahət və məzuniyyət hüquqlarını itirmiş olur. Bağlanan hər bir əmək müqaviləsi isə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və əks halda hüquqi qüvvəyə minmir.

Seminarda hər iki mövzu ilə əlaqədar iştirakçıların sualları da cavablandırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm