Bu idarələr bayram günü də işləyəcək
Bizi izləyin

Sosial

Bu idarələr bayram günü də işləyəcək

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri Qurban bayramı günlərində işləyəcək.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Qurban bayramı ilə əlaqədar avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri tərəfindən vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi işləyəcək. Qeyd olunan idarə və şöbələrdə iş saatı səhər saat 9.00-dan axşam saat 19.00-dək davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm