Sosial
Yarmarkalar fəaliyyətə başladı
Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə paytaxt və bölgələrdə Qurban bayramı ilə əlaqədar diri heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, yarmarkalar Bakı şəhərinin 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilir. Bundan başqa nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstan Respublikasından satış məqsədilə 20 min baş heyvan gətirməyi nəzərdə tuturlar. Bazarda bolluğu təmin etmək və qiymətləri sabitləşdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılır.
Dövlət Baytarlıq Xidməti artıq yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiyasını başa çatdırıb. Yarmarkalar avqustun 23-də axşam saatlarına kimi davam edəcək.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO