Mənzil bazarında vəziyyət necədir? - - VİDEO
Bizi izləyin

Sosial

Mənzil bazarında vəziyyət necədir? - - VİDEO

Mənzil bazarında qiymət artımı yaşanır. Bahalaşma daha çox ilkin mənzil bazarında və köhnə tikililərdə müşahidə edilir. Ekspertlər bu tendensiyanın hələ bir müddət davam edəcəyini proqnozlaşdırırlar

İlin əvvəlindən indiyədək mənzil bazarında 5 faiz bahalaşma müşahidə edilir. Əmlak əksperti Nüsrət İbrahimov "Xəzər Xəbər"ə bildirib ki, bahalaşma daha çox köhnə mənzillərdə yaşanır.

Nüsrət İbrahimov deyir ki, qiymət artımına ilkin mənzil bazarında daha çox rast gəlinir. Evlərin bahalaşmasının müxtəlif səbəbləri var. İlk növbədə əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsidir. İkinci səbəb tikinti materiallarının qiymətinin artmasıdır

Nüsrət İbrahimovun sözlərinə görə, hər kvadratmetr tikinti sahəsinə düşən boş torpaq sahəsində ildən-ilə azalma var. Bu da öz növbəsində satılan mənzillərin qiymətini qaldırır.

Şəhərin mərkəzindəki mənzillərin qiymətində heç bir dəyişiklik yoxdur. Qiymət dəyişikliyi kütləvi yaşayış məntəqələri sayılan üçüncü zonada baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm