Sosial
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçən vətəndaşların 90%-i ərizələrini təqdim etdi
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşların 90%-i ərizələrini uğurla imzalayaraq təqdim edib.
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Publika.az-a verilən məlumata görə, agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında yerləşən 324 mənzilin seçimi uğurla başa çatdırılıb.
Güzəştlə mənzil əldə etmək hüququna malik olan vətəndaşlar Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə “Güzəştli mənzil” sistemində öz elektron kabinetlərinə daxil olub real vaxt rejimində mənzilləri bərabər şəraitdə seçim imkanına malik olub.
Mənzili seçmiş vətəndaşlara ərizələrinin imzalanması üçün növbəti günün sonuna qədər vaxt verilsə də, bu saata olan məlumata əsasən onlardan 90%-dən çoxu artıq mənzil seçimi ərizələrini imzalayaraq təqdim edib.
İmzalama prosesində vətəndaşların Elektron İmza və Asan İmzadan istifadəsi, onlayn imzalayıcı proqramının kompüterlərə yüklənməməsi və digər suallarla bağlı MİDA-ya və 108 Çağrı Mərkəzinə daxil olan müraciətlərin xüsusi işçi qrup tərəfindən operativ cavablandırılması təmin edilib. Hər bir müraciət işçi qrup tərəfindən dərhal dəqiqliklə araşdırılıb və vətəndaşlara lazımi köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.
-
Cənubi Qafqaz19:12
Ermənistan KİV-i Bağanis Ayrımla bağlı yeni MƏLUMAT YAYDI
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Yanan bazardan son görüntülər - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı