Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar - SİYAHI
Bizi izləyin

Sosial

Aşura günü qanvermə aksiyası keçiriləcək ünvanlar - SİYAHI

Sentyabrın 20-ə təsadüf edəcək Aşura günü ilə əlaqədar olaraq ölkənin bir çox şəhər və rayonlarında qanvermə aksiyasıları keçiriləcək.

Publika.az xəbər verir ki, həmin gün paytaxt Bakıda, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Ağsu, Beyləqan və digər rayonlarda yerləşən məscid və xəstəxanalarda vətəndaşların qanverməsi üçün şərait yaradılacaq.

Aksiya İmam Əli, Əjdərbəy, Şah Abbas, Bibiheybət, Təzəpir, Hacı Soltanəli, Qaraçuxur, Böyük Bazar, Heydər məscidlərində və Rəhimə xanım ziyarətgahı, Sumqayıt şəhər Cümə və İmam Əli məscidləri, Gəncənin İmamzadə Ziyarətgah kompleksində, Bərdənin İmamzadə kompleksi, Xaçmaz şəhər məscidi, Biləsuar şəhər Cümə məscidi, eləcə də, Mərkəzi Qan Bankının Şirvan və Quba bölgələrində keçiriləcək.

Bundan başqa Ağcabədi, Beyləqan, Cəlilabad və Ağsu rayon Mərkəzi Xəstəxanalarında da qanvermə aksiyası baş tutacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm