Dövlət Komitəsindən internet saytlara dəstək
Bizi izləyin

Sosial

Dövlət Komitəsindən internet saytlara dəstək

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıların təsis etdiyi diaspor təşkilatlarına onların elektron və sosial mediada işini gücləndirmək məqsədilə informasiya kommunikasiya texnologiyaları sahəsində ödənişsiz texniki dəstək təklif edir.

Komitədən Publika.az-a verilən məlumatda bildirilir ki, xaricdəki diaspor təşkilatlarının internet saytlarının hazırlanması, e-poçt xidmətlərinin yaradılması və digər innovativ məsələlərdə, eləcə də sosial mediada marketinq işinin təşkilinə dair dəstək göstəriləcək.

Bu dəstəyə ehtiyacı olan və ondan yararlanmaq istəyən diaspor təşkilatları www.diaspor.org ünvanına daxil olub qeydiyyat formasını doldurmaqla onlayn qaydada müracət etməlidir.

Qeyd edək ki, bütün təşkilatların saytları www.diaspor.org domeninin subdomeni altında - vahid mərkəzdə toplanacaq.

Bir daha vurğulayaq ki, diaspor təşkilatlarına təklif edilən bu xidmət tam ödənişsiz həyata keçiriləcək və bütün diaspor təşkilatlarının ondan yararlanması mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm