Sosial
Bu məhsulları yeməyin, ölə bilərsiniz! - Vətəndaşlara VACİB XƏBƏRDARLIQ
Son zamanlar Qida Təhlükəsizliyi Agentliyinə Bakı ətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab verməyən, həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusi ilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri ilə bağlı məlumatlar daxil olur.
Qida Təhlükəsizliyi Agentliyindən Publika.az-a verilən məlumatda bildirilir ki, bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edilib.
“Bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər”.
Agentlik bəyan edir ki, bu cür qanunazidd fəaliyyətlərin
qarşısının alınması üçün qanunvericiliyin tələbləri çərçivəsində ən
sərt tədbirlər həyata keçiriləcək.
Eyni zamanda, istehlakçılara balıq və balıq məhsulları seçərkən
daha diqqətli olmaları, məhsulun keyfiyyət göstəricilərini əks
etdirən sənədlə müşayət olunması və normativ qaydalara uyğun
şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə
etmələri tövsiyə edilir.
Qeyd edək ki, Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə mövcud normativ hüquqi aktların, sanitar-gigiyena tələblərinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO