NuR by Eleven: rahat ve unikal... - VİDEO - FOTO
Bizi izləyin

Sosial

NuR by Eleven: rahat ve unikal... - VİDEO - FOTO

Bu ilin iyun ayının 21-də şəhərimizin ən çox ziyarət olunan və populyar məkanlarından biri “Eleven Project”in uğurlu layihəsi “Eleven Restaurant&Lounge” yeni qüvvə və sürprizlərlə qayıdacağına söz verərək, qapılarını qonaqlarının üzünə bağladı.

Lakin 2 ay keçdikdən sonra şəhərimizin sakinlərini və bu məkanı sevənləri milli mətbəxin daha bir unikal və yeni restoranın – “NuR by Eleven”in açılması xəbəri sevindirdi.

Layihə ən gözəl Azərbaycan ənənələri şəraitində nahar edə biləcəyiniz və populyar müğənnilərin canlı ifasından zövq ala biləcəyiniz bir restoran olaraq düşünülüb.

Onlar vədlərinə əməl etdilər! Avqustun 29-da Tbilisi prospekti 35 ünvanında “ASK Plaza” biznes mərkəzinin altıncı mərtəbəsində yerləşən “NuR by Eleven”in möhtəşəm açılışı baş tutdu.

Bu gecədə qonaqlarımızı Azad Şabanov, JIVA, Dilarə Kazımova, Teymur Süleymanbəyli və ardınca DJ ED, DJ Bikoo, DJ Tim kimi məşhurlar inanılmaz dərəcədə əyləncəli, hərarətli və parlaq çıxışları ilə sevindirdi.

Bu məkanın yaradılması və təşkilində “NuR by Eleven”ə gəldiyiniz ilk anlardan hiss edə biləcəyiniz ürəkaçan abu-havanın formalaşmasında heç də az rol oynamayan Cəmil Hüseynovun rəhbərlik etdiyi “Eleven Project” komandasının böyük sevgi və qüvvəsini qeyd etmək lazımdır.

Əlavə etmək istəyirik ki, bir çoxunuzun dostlaşdığı personal - həmin şən və güləriz uşaqların hər biri fəaliyyətini davam etdirir və sizi sevindərəcəklərinə, yeni layihələrlə təəccübləndirəcəklərinə söz verir.

Bütün bunlara görə pozitiv, yaradıcı və tamamilə yeni ideyaları olan Cəmil Hüseynov və onun bütün komandasını ayrı-ayrılıqda təbrik edir, onlara bütün təşəbbüslərində uğurlar və tərəqqi arzu edirik!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm