Gəncə ilə qardaşlaşmış Varnada Azərbaycan mədəniyyəti nümayiş olundu
Bizi izləyin

Sosial

Gəncə ilə qardaşlaşmış Varnada Azərbaycan mədəniyyəti nümayiş olundu

Bolqarıstanın Varna şəhərinin İncəsənət Qalereyasında səfirliyin təşəbbüsü və Varna Şəhər Bələdiyyəsinin dəstəyilə “Bakı – qədimlik və müasirliyin harmoniyası” və “Qədim Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı foto-sərgilər təşkil olunub.

Publika.az xəbər verir ki, sərginin açılışında çıxış edən Nərgiz Qurbanova bu sərgilərin Azərbaycanın ikinci böyük şəhəri Gəncə ilə qardaşlaşmış Varna şəhərində açılmasının rəmzi məna daşıdığını bildirib və ötən il şəhərin Gəncədən ”Avropa Gənclər Paytaxtı”nın açarlarını aldığını deyib.

O, “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı sərginin qədim tarix və zəngin mədəniyyətə malik paytaxtımızın cazibədarlığını görməyə imkan yaratdığını söyləyib. Səfir Bakının özünəməxsus obrazının ötən əsrin əvvəlində “neft bumu” dövründə Avropa və Şərq mədəniyyətlərinin birləşdirən unikal sintezin irsi olduğunu deyib.

Nərgiz Qurbanova dünyanın dəniz səviyyəsindən ən alçaqda yerləşən paytaxtı olan Bakının valehedici abidələri barədə məlumat verərək Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi barədə danışıb. O, 12-ci əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin adını daşıyan muzey binasının 1918-1920-ci illərdə cari ildə 100 illik yubileyini qeyd etdiyimiz və müsəlman və türk dünyasında ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri tərəfindən istifadə olunduğunu xatırladıb.

Varna şəhərinin merinin müavini K.Bazitov çıxış edərək Varna şəhərinin Azərbaycanla bağlı belə bir sərgiyə ev sahibliyi etməsindən məmnunluğunu ifadə etmiş, bu kimi tədbirlərin iki xalq arasında mədəni əlaqələrin daha güclənməsinə təkan verəcəyini bildirmişdir. Gəncə ilə Varna şəhərləri arasında qardaşlaşma əlaqələrinin əlaqələrinin mövcudluğuna toxunan K.Bazitov bu kimi tədbirlərin şəhərlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibliyini qeyd etmişdir.

Tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. FocusЧерно Море xəbər agentliklərinin, FocusDariknews radiolarının internet səhifələrində, www.dnesplus.bg xəbər saytında tədbirlə bağlı məqalələr yerləşdirilib.

Qeyd edək ki, Bolqarıstanın dəniz paytaxtı olan Varna şəhərində həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və Azərbaycan kino tarixinin 120 illik yubileyləri ilə əlaqədar Beynəlxalq film festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm