Satışı qadağan edilən məhsullarla bağlı Agentlikdən AÇIQLAMA
Bizi izləyin

Sosial

Satışı qadağan edilən məhsullarla bağlı Agentlikdən AÇIQLAMA

Sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo", şirniyyatları, "Banduel" (yaşlı noxud) qida məhsullarının satışı qadağan olunub.

Qida Təhlükəsizliyi Agentliydən Publika.az-a verilən məlumatda bildirilib ki, dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.

“Vətəndaşların nəzərinə çatdırırıq ki, bu məhsullar müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur. Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir”.

Qeyd edək ki, bir müddət əvvəl Qida Təhlükəsizliyi Agentliyi adıçəkilən məhsulların bir partiyasının normalara cavab vermədiyini müəyyən edilib. Həmin partiya məhsulların satışı qadağan edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm