Agentlikdən vatsapda insanları təşvişə salan səs yazısı barədə RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Sosial

Agentlikdən vatsapda insanları təşvişə salan səs yazısı barədə RƏSMİ AÇIQLAMA

Vhatsapp mobil əlavəsində bir sıra qida məhsullarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli olması barədə reallığı əks etdirməyən əsassız məlumatlar yayılıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər şöbəsinin müdir Mansur Piriyev Publika.az-a açıqlamasında yayılan həmin məlumatlara aydınlıq gətirib.

M.Piriyev faktlara əsaslanmayan bu tip məsuliyyətsiz məlumatlar insanlar arasında təşviş və çaşqınlığa səbəb olduğunu bildirib:

“Hazırda idxal olunan və ölkədə istehsal olunan qida məhsullarına Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət həyata keçirilir və aparılan nəzarət tədbirləri çərçivəsində hər hansı nöqsanlar aşkar olunarsa, bununla bağlı dərhal müvafiq tədbirlər görülür.

İnsanlar arasında çaşqınlıq və təşviş yaradan bu tip əsassız məlumatları yayan şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada ciddi tədbirlər həyata keçiriləcək. Bir daha vətəndaşlarımıza bu cür əsassız və reallığı əks etdirməyən şayiələrə inanmamağı tövsiyə edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm