Bu ərazilərdə elektrik enerjisi kəsiləcək - XƏBƏRDARLIQ
Bizi izləyin

Sosial

Bu ərazilərdə elektrik enerjisi kəsiləcək - XƏBƏRDARLIQ

Bu gün saat 12.00-dan 14.30-a qədər Abşeron rayonu Xırdalan şəhərinin 25, 26, 28-ci məhəllələri, Quşçuluq Massivi , AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə Publika.az-a “Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyət 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm