Qaçaqmalçılıqla bağlı cəzada dəyişiklik ola bilər - Komitə təklif verdi
Bizi izləyin

Sosial

Qaçaqmalçılıqla bağlı cəzada dəyişiklik ola bilər - Komitə təklif verdi

Azərbaycan Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla bağlı nəzərdə tutulan cəzada dəyişiklik edilməsini təklif edib.

Təklifə əsasən, Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq) maddəsində nəzərdə tutulan külli miqdarda hesab edilən məbləğ artırılır.

Belə ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə (Narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorları, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələr və qurğular, hərbi silah və texnika, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatı, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahları, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materiallar və avadanlıqlar, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammal, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar istisnadır) malların və digər əşyaların külli miqdarda (4 min manatdan yuxarı olan məbləğ) keçirilməsinə görə 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dövlət Gömrük Komitəsi maddədə nəzərdə tutulan külli miqdar hesab edilən 4 min manatın 20 min manata qaldırılmasını təklif edir.

Qeyd edək ki, komitə təklifini hökumətə təqdim edib. (azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm