Bu ərazilərdə işıq fasilələrlə veriləcək
Bizi izləyin

Sosial

Bu ərazilərdə işıq fasilələrlə veriləcək

Oktyabrın 3-ü və 5-də Abşeron rayonunda bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə Publika.az-a “Azərişıq”ASC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, qeyd olunan günlərdə saat 14.00-dan 16.30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində (EVX) aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Quşçuluq Massivi ,kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində və 110/35/10 kV-luq “Zabrat” y/st-dan çıxan 10 kV-luq Məhəmmədi-1, Məhəmmədi-2 EVX-də payız-qış mövsümünə hazırlıqla əlaqədar Bağlar ETSİ-nin xidmət ərazisində - Məhəmmədi kəndində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm