“ASAN Xidmət” 50 min vətəndaşa hüquqi xidmət göstərib
Bizi izləyin

Sosial

“ASAN Xidmət” 50 min vətəndaşa hüquqi xidmət göstərib

“Bu günə qədər 50 min vətəndaşa hüquqi xidmət göstərilib”.

Bunu Publika.az-a “ASAN Xidmət”in rəhbəri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, bu günə qədər 10 dövlətdə razılaşma var: "Bir çox ölkələrin dövlətləri ASAN strukturu ilə maraqlanıb. Artıq 10 dövlətdə ASAN xidmət strukturu tətbiqi ilə bağlı fəaliyyətlər görülüb. Bu gün də paytaxta fəaliyyət göstərən hüquq büroları ilə yanaşı səyyar hüquq xidmətlərimiz də vətəndaşlara geniş formada xidmət edəcək. Eyni zamanda vətəndaşlara pulsuz hüquqi yardımların da sayı artırılacaq".

"ASAN xidmət” rəhbəri onu da əlavə edib ki, mərkəzdə işə qəbulla bağlı hansısa xoşagəlməz halların yaşanmaması üçün tədbir görüləcək: "Bu kimi hallarla qarşılaşan vətəndaşların bizə məlumat vermələrini rica edirik".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm