Sosial
QHT Şurası ilə BMT-nin Uşaq Fondu arasında memorandum imzalandı - - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduyla (YUNİSEF) Anlaşma Memorandumu imzalayıb.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın YUNİSEF-lə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanlarını ətraflı müzakirə etdiklərini bildirib. F. Qurbanov imzalanan Memorandumun iki qurum arasındakı əməkdaşlığın çərçivəsini müəyyən etdiyini deyib.
İcraçı direktor Memorandumun birgə təlim və seminarlar təşkil edərək təcrübə mübadiləsini,Şura Katibliyinin əməkdaşlarının və yerli mütəxəssislərin bilik, bacarıqlarının artırılmasını, uşaq hüquqlarının müdafiəsini və digər məsələləri özündə əks etdirdiyini vurğulayıb.
Şura üzvü Nərgiz Xələf bu Memorandumun onun təmsil etdiyi ailə, qadın və uşaq məsələləri qrupuna aid QHT-lərin davamlı fəaliyyətinə müsbət təsir edəcəyinə inandığını bildirib.
YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan Şura ilə əməkdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə QHT-lərin inkişafına töhfə verməyi nəzərdə tutduqlarını deyib. Xanım Yuan qeyd edib ki, YUNİSEF xüsusilə ailə, uşaq, gənclər mövzularında Şura ilə birgə tədbirlərin keçirilməsində maraqlıdır. (modern.az)

.jpg)


-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
-
Sosial11 İyul 17:06
Pensiya alanların nəzərinə