Eldar Əzizov qızına yarım milyonluq toy edən, kürəkəninə 250 minə "Porşe" alan MƏMURU İŞDƏN QOVDU - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Eldar Əzizov qızına yarım milyonluq toy edən, kürəkəninə 250 minə "Porşe" alan MƏMURU İŞDƏN QOVDU - (YENİLƏNDİ)

Bakı Şəhər İcra Hakimiyyəti başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun tutduğu vəzifəsindən azad edilməsi ilə bağlı əmr imzalayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Publika.az-a yayılan xəbəri təsdiqləyiblər.

Bildirilib ki, azad edilən Qüdrət Şükürovun yerinə hələ ki, heç bir təyinat yoxdur.

***

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov əmr imzalayıb.

Həmin vəzifəyə təyinat olmayıb.

Xatırladaq ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə hallanıb.

Bugünlərdə BŞİH-in bütün strukturlarında, o cümlədən Bakı Lift-Təmir İstehsalat Birliyində yoxlamalar aparılır.

Xatırladaq ki, onun qızı Aysel Şükürovanın Oktay Əhmədovla olan ikinci evliliyi zamanı toyuna ümumilikdə 400 min dollar pul xərclədiyi, yeni kürəkəninə isə toyun səhəri 250 min manat dəyərində “Porşe” hədiyyə aldığı barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. (report)

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm