Polisdən vətəndaşlara VACİB XƏBƏRDARLIQ: bu axşam...
Bizi izləyin

Sosial

Polisdən vətəndaşlara VACİB XƏBƏRDARLIQ: bu axşam...

“Bu gün axşam saatlarında UEFA Avropa Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu ilə əlaqədar polis gücləndirilmiş rejimdə işləyəcək”.

Bu barədə Publika.az-a Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, stadion, eləcə də stadion ətrafı küçə və yollar nəzarətə götürüləcək:

“Asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görüləcək. Ərazidə süni sıxlığın yaşanmaması və ərazidə şəxsi avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb azarkeşlərin ictimai nəqliyyatdan istifadə etmələrini tövsiyə edirik”.

V.Əsədov stadion ətrafında nəqliyyatın hərəkətinin məhdudlaşdırıla biləcəyini də istisna edilmədiyini bildirdi:

“Vəziyyətdən və şəraitdən asılı olaraq ərazidə avtomobillərin hərəkətinin məhdudlaşdırılması və istiqamətin dəyişdirilməsi istisna edilmir. Ona görə də stadion ərazisinə şəxsi avtomobili ilə gəlmək istəyən azarkeşlər bunu nəzərə almalıdırlar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm