Fəzail Ağamalı: “İctimai nəqliyyatı tənzimləyən özəl şirkətlər məsuliyyətə cəlb olunmalıdır”
Bizi izləyin

Sosial

Fəzail Ağamalı: “İctimai nəqliyyatı tənzimləyən özəl şirkətlər məsuliyyətə cəlb olunmalıdır”

Bir neçə gün əvvəl Binə qəsəbəsində avtobus qəza edərək iki nəfərin həyatına son qoyub. Sürücünün öz cəzasını alacağına şübhə yoxdur.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fəzail Ağamalı deyib.

O, təəssüflə qeyd edib ki, belə sürücüləri işə qəbul edən və ictimai nəqliyyatı tənzimləyən özəl şirkətlərə cəza verilmir: “Onlar məsuliyyətə cəlb olunmur. Bəzi avtobuslarda gediş haqqı kartla olduğu halda, digərlərində bu tətbiq olunmur. Bu da ciddi problemdir. Mən, Əli Hüseynlidən xahiş edirəm ki, gələcəkdə həmin sürücüləri işə cəlb edən və onlar üzərində nəzarəti həyata keçirə bilməyən özəl şirkətlərin cəzalandırılması və məsiliyyətə cəlb olunması üçün İnzibati Xətalar və Cinayət Məcəlləsinə əlavələr edilməsi nəzərə alsın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm