Sosial
Gömrük Komitəsi ilə Vergilər Nazirliyi birgə kollegiya iclası keçirdi
Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin birgə kollegiya iclası keçirilib.
Publika.az xəbər verir ki, bu gün Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin birgə kollegiya iclası keçirilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Azəzbaycan Respublikasının vergilər naziri Mikayıl Cabbarov, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib.
İclası açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və kollegiya iclasında görülən işlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını bildirib. Dövlət başçısı tərəfindən hər iki qurum qarşısında qoyulan tapşırıqların qısa zaman kəsiyində qüsursuz həyata keçirilməsinin vacibliyinə toxunan Komitə sədri onu da qeyd edib ki, artıq Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın müsbət faydalarını bütün sahibkarlar və biznes subyektləri gündəlik fəaliyyətlərində hiss edəcəklər.
Kollegiya iclasında çıxış edən vergilər naziri Mikayıl Cabbarov
geniş formatda görüşün keçirilməsinin qurumlar arasındakı
əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini, Prezident İlham
Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla icrası üçün
birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə
çatdırıb. M.Cabbarov Tədbirlər Planında nəzərdə tutulmuş işlərin
intensivləşdirilməsinin vacibliyini vurğulayıb, gömrük və vergi
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından həyata
keçirilən tədbirlərin müsbət fiskal nəticələri olacağını qeyd
edib.
Daha sonra hər iki qurumun nümayəndələri Tədbirlər Planının icrası
ilə bağlı görülən işlərə dair hesabatla çıxış edərək, qarşılıqlı
məlumat mübadiləsinin, vahid risk platformasının təşkili,
qanunvericilikdə həyata keçirilən dəyişikliklər və digər məsələlər
barədə məlumat veriblər.
Sonda Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasının daha da sürətləndirilməsi üçün aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilib.
Könül
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO