Sosial
Yuyucu tozdan metamfetamin, biskvitdən heroin çıxdı
Gömrükçülər psixotrop maddə və narkotik vasitənin gömrük nəzarətindən gizlətməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus 2 ədəd sellofan torbaya rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.
Bu səbəbdən həmin yük təkrar yoxlanılıb. Baxışdan öncə, vətəndaş
ona məxsus sellofan torbalarda gömrük nəzarətindən gizlədilmiş və
ya mütləq bəyan ediləsi hər hansı predmetin olmadığını
bildirib.
Lakin yoxlama nəticəsində, sellofan torbalardan birində olan və
üzərində “Darya” sözü yazılmış yuyucu toz qutusunun içərisində 1
ədəd bükümdə, xalis çəkisi 69,690 qram olan psixotrop maddə
-metamfetamin aşkar edilib.
Digər torbada isə üzərində “de nata” sözü yazılmış 3 ədəd biskvitin hər birinin içərisində 1 büküm olmaqla, ümumi xalis çəkisi 286,740 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI