Badamdarda sürüşmə zonasında... - Nazirlik monitorinqin nəticələrini AÇIQLADI - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Badamdarda sürüşmə zonasında... - Nazirlik monitorinqin nəticələrini AÇIQLADI - (YENİLƏNDİ)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən yaradılan Qərargah Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında apardığı monitorinqin nəticələrini açıqlayıb.

ETSN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, monitorinqin saat 21:00-a olan nəticələrinə əsasən sürüşmə ərazisində gərginlik qalmaqdadır.

Sürüşmə kütləsi üzərində ciddi dəyişiklik baş verməyib. Lakin ara-sıra uçqunlar müşahidə edilir.

***

Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında gərginlik mövcuddur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Publika.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan məlumata əsasən gərginlik davam edir.

Sürüşmə kütləsi üzərində qismən dəyişiklik baş verib. Sürüşmə kütləsi üzərində asılı vəziyyət də olan torpaq kütlələrində xırda uçqunlar baş verir.

Qeyd edək ki, Badamdar - 20-ci sahə yolu kənarında baş verən sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən Qərargah yaradılıb.

***

Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasında müşahidələr davam etdirilir. Publika.az xəbər verir ki, saat 15:00 -a olan məlumata əsasən, sürüşmə ocağında aktivlik qalmaqdadır. Lakin sürüşmə kütləsində ciddi dəyişiklik baş verməyib.

"Hazırda sürüşmə kütləsini təşkil edən süxur qırıntılarının yola hərəkəti müşahidə olunur. Eyni zamanda srüşmənin üst hissəsindəki fərdi tikililərin hasarlarında sürüşməyə tərəf hissədə çatlar və oturmalar qeydə alınıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm