Dini mərasimlər keçirilərkən çərçivədən kənara çıxılmamalıdır - Komitə sədri
Bizi izləyin

Sosial

Dini mərasimlər keçirilərkən çərçivədən kənara çıxılmamalıdır - Komitə sədri

"Maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın".

Bu sözləri Publika.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitədinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, bu mərasimlərdə vətəndaşlara heç bir hüquqi məsuliyyət düşmür. Bu, birbaşa mənəviyyat məsələsidir. Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir. "Camaat nə deyər" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil. Hər bir şəxs düşünməlidir ki, "Allah nə deyir? Dinimiz nə buyurur?" Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, əlbəttə ki, bu məsələyə dövlət müdaxilə edəcək. Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm