Sosial
Təqaüdçülərə ŞAD XƏBƏR - Pensiyalar artdı
Ölkəmizdə pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb. 2018-ci il 1 oktyabr tarixinə olan nəticələrə əsasən, Azərbaycanda pensiyaçıların sayı 1 milyon 309 min nəfərdir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən Publika.az-a verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən, həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların cari ildə də mütəmadi artımına imkan verib.
Belə ki, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların həcmində artım dinamikasının davam etməsi nəticəsində hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin olunur.
Ölkəmizdə pensiya alanların sayı isə 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Pensiyaçıların 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.
Könül
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı