BŞİH-dən Badamdardakı vəziyyətlə bağlı AÇIQLAMA
Bizi izləyin

Sosial

BŞİH-dən Badamdardakı vəziyyətlə bağlı AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti Badamdardakı sürüşmə ərazisindəki tikililərlə bağlı açıqlama yayıb.

Şəhər İcra Hakimiyyətindən Publika.az-a daxil olan məlumatda bildirilir ki, Badamdar qəsəbəsi, Badamdar şossesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasinda yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində inşa edilmiş fərdi yaşayış evləridir: “Tikildikdən sonra bu evlər vətəndaşlar tərəfindən rəsmiləşdirilib. Lakin yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşafı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır. Məlumat üçün bildiririk ki, Badamdar sürüşmə zonasinda əksəriyyətində yaşayış olmayan 11 fərdi ev var. Burada yaşayan sakinlər köçürülüb və ərazidəki iki obyektin fəaliyyəti dayandırılıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm