Sosial
Sürüşmədən qaçanlar evləri bahalaşdıracaq? - Ekspert
Son günlər Səbail rayonunda Badamdar 20-ci sahəni birləşdirən ərazidə sürüşmənin aktiv olması mənzil bazarında şayiələrin yaranmasına səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu ərazidə villalarını ucuz qiymətə satışa çıxaran çoxsaylı şəxslərin Bakının iki turizm qəsəbəsində - Mərdəkan və Buzovna istiqamətində evlər almasına səbəb olacağını bildirirlər. Ehtimal edilir ki, bu da həmin ərazidəki evlərin və villaların bahalaşmasına gətirib çıxaracaq.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən daşınmaz əmlak eksperti Ramil Osmanlı bildirib ki, tələbin artması ilə bağlı sözügedən ərazilərdə qiymət artımının olması həqiqəti əks etdirmir:
“Mərdəkanda, Buzovnada evlərin və villaların qiymət artımı məsələsi dəqiq məlumat deyil. Çünki bunun üçün müəyyən qədər, azı 1-2 ay tələbin təklifi üstələməsi lazımdır. Psixoloji məqamlar aradan qalxmalıdır. Üstəgəl, bir ərazidən uzaqlaşan insanların kompakt olaraq başqa bir əraziyə köçməsi inzibati metodlarla mümkündür. Açıq bazar şəraitində bu, ağlabatan deyil. Seçim imkanları, zövqlər fərqlidir. Ona görə də şayiələrin heç bir əsası yoxdur”.
Qeyd edək ki, sürüşmə ilə bağlı sözügedən əraziyə yaxın villa sahiblərinin əmlaklarının dəyər-dəyməzinə və təcili satışa çıxardığı bildirilir.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO