Sosial
Şəmkirdə QHT Şurasının fəaliyyətinin 10 illiyinə dair ictimai müzakirə keçirildi
Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlamasının 10 illiyi və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində ictimai müzakirə keçirib.
Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub.
Toplantıda ilk olaraq Şuranın 10 illik fəaliyyətindən bəhs edən
film nümayiş etdirilib. Tədbirdə geniş məruzə ilə çıxış edən Şura
Katibliyinin icraçı direktoru Fərasət Qurbanov bildirib ki, cənab
prezident İlham Əliyevin fərmanı ilə Şuranın yaradılması Azərbaycan
dövlətinin vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi,
QHT-lərin milli maraqlarımızın ictimai müstəvidə qorunması
sahəsində konsaldasiyasının gücləndirilməsi ilə bağlı siyasi
iradəsinin təzahürüdür.
F. Qurbanov bildirib ki, Azərbaycanın milli maraqlarının təminatı və ölkəmiz haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması işində prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə ictimai dəstək vermək məqsədilə Şuranın maliyyə yardımı ilə QHT-lər indiyədək müxtəlif ölkələrdə yüzlərlə layihə həyata keçirib: “Bu layihələr çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, Xocalı soyqırımı haqqında həqiqətlər müxtəlif ölkələrin ictimaiyyətinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırılıb”.
Katibliyin icraçı direktoru bildirib ki, ötən 10 ildə Şuranın
təşəbbüsü ilə QHT qanunvericiliyinin təkmilləşdirilməsi
istiqamətində atılan ciddi addımlar hazırda da uğurla davam
etdirilir.
Fərasət Qurbanov Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına,
demokratik dəyərlərin qorunmasına və QHT-lərə göstərdiyi yüksək
diqqət və qayğıya görə prezident İlham Əliyevə ictimai sektor
adından dərin minnətdarlığını bildirib.
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov
rəhbərlik etdiyi rayonda QHT-lərlə qurulmuş səmərəli əməkdaşlıq
münasibətlərindən və ictimai təşkilatların fəaliyyətinin
əhəmiyyətindən danışıb. A. Məmmədov Şuranın dəstəyilə ölkə
QHT-lərinin milli maraqlarımızın qətiyyətlə qorunması işində
yaxından iştirak etdiyini vurğulayıb. İcra başçısı Şuranın
fəaliyyətinin 10 illiyi münasibətilə bütün ictimai sektoru təbrik
edərək uğurlar arzulayıb.
Tədbir iştirakçılarına Şuranın fəaliyyətinin 10 illiyinə həsr
edilən kitab təqdim olunub.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO