Sosial
Şəkidə məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanıldı
Şəki şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəliyi və Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Yeni Çələbixan köçkünlər qəsəbəsində yerləşən məktəblərdə tədbir keçirib.
Komitədən Publika.az-a verilən məlumata görə, Xocalı rayon 3 saylı, Ağdam rayon 29 saylı, Laçın rayon M.Süleymanov adına tam orta məktəblərdə keçirilən tədbirdə bildirilib ki, ölkəmizdə təhsilin inkişafı etdirilməsi həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindəndir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.
Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən təhsil məsələlərini daim diqqətdə saxlayır. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə müasir tələblərə cavab verən, bütün zəruri avadanlılqlarla təchiz edilmiş məktəb və bağçalar inşa edilərək istifadəyə verilir. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan məcburi köçkünlərin təhsil haqqı dövlət tərəfindən təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman məcburi köçkünlərin təhsil problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşır.
Tədbir zaman ibtidai sinif şagirdlərinə dərs ləvazimatları paylanılıb.
Bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulub.
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı