Zığdakı sürüşmə yola nə qədər təhlükə yaradır? - RİH-DƏN AÇIQLAMA
Bizi izləyin

Sosial

Zığdakı sürüşmə yola nə qədər təhlükə yaradır? - RİH-DƏN AÇIQLAMA

Zığ şosesində baş verən sürüşmə prosesi ətrafdakı yaşayış və ictimai iaşə obyektlərinə təhlükə törətmir.

Bu barədə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib.

P.İmanovun sözlərinə görə, həmin ərazi Xətai RİH tərəfindən nəzarətdə saxlanılır:

“Sonuncu yağıntılardan sonra vaxtilə yol tikintisi üçün oraya tökülən torpaq qatı su ilə qarışaraq daha da ağırlaşıb, bu səbəbdən istinad divarlarına da ziyan dəyib. Hazırda həmin torpaq qatının üçdə bir hissəsi götürülüb, yolun səviyyəsi daha dayanıqlı olan torpağa qədər endirilib, üstü qazonla ortülüb. Sürüşmə baş verən yerdə yaşayış və ictimai iaşə obyektlərinə zərər dəyə bilməz. Çünki həmin tikililər hadisə yerindən uzaqdadırlar”.

P.İmanov ərazidəki istinad divarlarının yenisi ilə əvəzlənəcəyini deyib:

“Bu istiqamətdə mütəxəssislər tərəfindən hesablama aparılır. Hesablama tam bitdikdən sonra yeni istinad divarları tikiləcək”.

RİH-in digər əməkdaşı isə bildirib ki, torpaq qatını möhkəmləndirmək üçün gələcəkdə sürüşmə olan ərazidə iki sıra ağac əkiləcək.

Qeyd edək ki, Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib. Uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib.(Trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm