Sofiya ASAN-dan getdi
Bizi izləyin

Sosial

Sofiya ASAN-dan getdi

İki gündür Bakıda ASAN Xidmətin qonağı olan Sofiya bu gün oradan ayrılıb.

Bunu Axar.az-a Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

Onun sözlərinə görə, Sofiya 2 gün müddətində ASAN Xidmətin qonağı olub.

Qeyd edək ki, Sofiya robotunun Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub.

Sofiya robotu 2015-ci ildə “Hanson Robotiks” şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilir. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. “Sofiya robotu” bu günə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm