Məcburi köçkünlərlə növbəti görüş keçirildi
Bizi izləyin

Sosial

Məcburi köçkünlərlə növbəti görüş keçirildi

Oktyabrın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib. Görüşdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament müdirləri iştirak ediblər.

Bu barədə Publika.az-a Dövlət Komitəsindən məlumat verilib.

Əvvəlcədən Dövlət Komitəsinin sədri məcburi köçkünlərlə fərdi qaydada görüşüb, onların müraciətlərini dinləyib. Müraciətlər, əsasən, mənzil, statusun verilməsi, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər məsələlərlə bağlı olub.

Məlumat verilib ki, dövlətimiz məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasına, onların sosial məsələlərinin həllinə daim qayğı ilə yanaşır. Prezident İlham Əliyev məcburi köçkünlərlə bağlı məsələni sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Dövlətimizin başçısının tapşırığına əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ən ağır şəraitdə, qəza vəziyyətində olan bina və tikililərdə yaşayan məcburi köçkünlərin ilk növbədə yeni mənzillərə köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrası davam etdirilir.

Məcburi köçkünlərin müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı Dövlət Komitəsinin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm