Sosial
Quş əti idxalı qadağan edilib? - RƏSMİ AÇIQLAMA
Son günlər bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə quş əti və yumurtanın idxal olunması, eyni zamanda diri quş satışının qadağan olunması ilə bağlı yayılan məlumatlar reallıqdan uzaqdır və həqiqəti əks etdirmir.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Publika.az-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi idxal olunan qida məhsullarının qida təhlükəsizliyi baxımından ekspertizasını və bu sahədə dövlət nəzarətini həyata keçirir.
Bildirilir ki, ötən həftə Azərbaycan Quşçular Cəmiyyətinin üzvləri ilə keçirilmiş görüşdə, ölkə ərazisində müvafiq sahə üzrə qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq standartların tətbiqi və inkişaf etdirilməsi, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsi istiqamətində birgə bəyanat qəbul olunmuş və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır