Lənkəran qazsız qaldı - AÇIQLAMA
Bizi izləyin

Sosial

Lənkəran qazsız qaldı - AÇIQLAMA

Lənkəran şəhərində təbii qazın verilişində problem yaranıb. Sakinlərin sözlərinə görə, dünən gecə saatlarından şəhərin mərkəzinə təbii qaz verilmir.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevin Publika.az-a verdiyi məlumata görə, təbii qazın verilişində məhdudiyyət qəza ilə bağlıdır.

“Lənkəran rayon ərazisindən keşən 315 mm-lik polietilen qaz xəttinin çaydan keçən hissəsi çayın suyunun qalxması ilə əlaqədar zədələnib. Nəticədə qaz sızması baş verib. Mövcud problem ötən gecə 01:45-də baş verib. Əməkdaşlarımız gecə saatlarından ərazidə iş aparır. Yaxın 1-2 saat ərzində təbii qazın verilişi bərpa ediləcək”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm