Tahir Kərimli: "Yüz minlərlə insan..."
Bizi izləyin

Sosial

Tahir Kərimli: "Yüz minlərlə insan..."

“Yüz minlərlə insan 100-200 kilometrlik yolun əvəzinə 400-500 kilometrlik yoldan istifadə etməli olurlar”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisdə “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib. Deputat təklif edib ki, Quba-Şamaxı yolunun tikintisini başa çatdırılsın: “Nəzərə almaq lazımdır ki, bu, ətraf rayonlar üçün xüsusi əhəmiyyətə malikdir. Yüz minlərlə insan 100-200 kilometrlik yolun əvəzinə 400-500 kilometrlik yoldan istifadə etməli olur. Eyni zamanda, vaxtlarını və pullarını sərf edirlər. Bu məsələ də həll edilməlidir. Hesab edirəm ki, uşaq pulunun bərpası da vacibdir. Həmçinin şəhidlər üçün mənzillərin hazırlanması məsələsini qaldırmışdım. Bu ilin dövlət büdcəsindən bu iş üçün 45,5 milyon manat ayrılıb və bu, ötən illə müqayisədə 3 dəfə çoxdur. Bu, çox müsbət haldır. Həmçinin şəhid olan insanlarımıza verilən birdəfəlik kopensasiya vətən uğrunda şəhid olan polis işçilərinə də şamil edilməlidir”.

T.Kərimli deyib ki, 2018-ci il üçün artım 1,5 fazi nəzərdə tutulsa da, ilin 9 ayının göstəricisi cəmi 0,8 faizdir: “Bilmirəm, ilin sonuna qədər bu artım 1,5 faiz həddə qədər gəlib çıxa biləcəkmi? Bu il ÜDM-nin 3,6 faiz artımı nəzərdə tutulub. Bu yaxşı haldır. Mən ötən ilin büdcə müzakirəsi zamanı balıqçılıq və şərabçılıqla bağlı tənqidlər səsləndirdim. Ancaq təəssüflər olsun ki, bu ilin büdcə zərfində balıqçılıqla bağlı rəqəmlərə rastlaşmadım”.

Sonda deputat deyib ki, büdcə optimaldır, real durum nəzərə alınıb və ona səs verəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm