Vergi güzəştlərinə ehtiyac var - Deputat
Bizi izləyin

Sosial

Vergi güzəştlərinə ehtiyac var - Deputat

“Büdcənin sosial istiqamətli olması Prezident İlham Əliyevin siyasətində hər zaman əhalinin sosial rifahına önəm verdiyini göstərir. Müstəqillik illərində dövlət büdcəsində səhiyyə xərcləri 2019-cu il büdcəsində ən yüksək həddə çatıb”.

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Musa Quliyev Milli Məclisdə 2019-cu il büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Millət vəkili bildirib ki, gələn il büdcə layihəsində səhiyyəyə 1 milyard 48 milyon manat civarında vəsait ayrılıb ki, bu da cari illə müqayisədə 53.9 faiz çoxdur:

“Bununla yanaşı hökumət üzvlərinin iclasda iştirakını nəzərə alaraq bəzi təkliflər irəli sürmək istəyirəm. Məsələn, şəkərli diabet xəstələrinin insulin vahidləri ilə təminatına yenidən baxıla bilər. Hazırda bu xidmət 1990-cı illərdən qəbul edilmiş normativ əsasında aparılır. Həmin normativdə bir xəstənin müalicəsi üçün 40 vahid müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının tələblərində bu rəqəm 60 vahiddən 80 vahidə artırılıb. Yəni biz mövcud rəqəmi 2 dəfə artırmalıyıq”.

Millət vəkili çıxışı zamanı həmçinin deputat seçildiyi Gəncə şəhərinin problemlərini də diqqətə çatdırıb:

“Gəncədə 3 nömrəli xəstəxana 60 il əvvəl tikilib, onun təmirinə ehtiyac var. Gələn ilin büdcəsində həmin xəstəxananın bərpası üçün vəsait ayrılmaya bilər, lakin növbəti illərdə bu sahəyə vəsaitin ayrılmasını xahiş edirəm. Özəl səhiyyə və təhsil müəssisələrinə vergi güzəştlərinin edilməsinə də ehtiyac var”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm