Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır
Bizi izləyin

Sosial

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır

Azərbaycanda 500-ə yaxın məhkum elektron qolbaq daşıyır.

Publika.az xəbər verir ki, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki Apellyasiya Məhkəməsində bölgənin məhkəmə sədrləri və hakimlərinin iştirakı ilə keçirdiyi geniş müşavirədə məlumat verib.

"Cinayət Məcəlləsinin dekriminallaşması nəticəsində yeni qanunun təsiri altına düşən 5700-ə yaxın məhkumun cəzası yüngülləşdirilib, o cümlədən 1700-dək şəxs azadlıqdan məhrumetmə və digər cəzalardan azad olunub, azadlığın məhdudlaşdırılması yeni cəza növünə məhkum olunmuş 500 nəfərə yaxın şəxs üzərində elektron qolbaq tətbiq olunmaqla səmərəli probasiya nəzarəti həyata keçirilir", - o deyib.

Nazir məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə mövcud vakansiyaların doldurulması üzrə görülən tədbirlərə də toxunub, ilk dəfə olaraq ali və bütün apellyasiya məhkəmələrinin 30 hakimin təyinatı ilə tam komplektləşdirildiyi bildirib, səlahiyyət müddəti bitmiş 60-dan çox, o cümlədən müşavirədə iştirak edən hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməsi qeyd olunub, vətəndaşların haqlı narazılığını doğuran halların yolverilməzliyini vurğulayıb. Eyni zamanda şəffaf və çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanaraq hakim vəzifəsinə layiq bilinmiş 108 nəfər namizəd barəsində yaxın günlərdə təyinatların aparılacağı və bununla da hakim korpusunun tam əksəriyyətinin komplektləşdiriləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm