Səfər Mehdiyev Akademiyanın 3 xanım məzununu müsabiqədənkənar işə qəbul etdi
Bizi izləyin

Sosial

Səfər Mehdiyev Akademiyanın 3 xanım məzununu müsabiqədənkənar işə qəbul etdi

Dövlət Gömrük Komitəsi Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədənkənar işə qəbul ediliblər.

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm