Sosial
Şəhid ailəsindən Azərbaycan Prezidentinə BÖYÜK MİNNƏTDARLIQ
“Dövlət tərəfindən şəhid ailələrinə birdəfəlik maddi vəsaitin ayrılması müsbət haldır. Çox sağ olsun cənab Prezidentimiz. Bu fərmanı ilə O, şəhid ailələrinə hər zaman diqqət və qayğı ilə yanaşdığını göstərdi”.
Bu sözləri Publika.az-a açıqlamasında 1994-cü ildə şəhid olan Rüfət Kəlbiyevin qardaşı Faiq Kəlbiyev deyib.
O bildirib ki, bu fərman şəhid anasının, şəhid ailəsinin hər zaman yada salındığını göstərir:
“Bu vəsait ailələrin müəyyən ehtiyaclarının ödənilməsinə dəstək ola bilər. Qardaşım 21 yaşında şəhid olub, ondan sonra biz “qan pulu” adı ilə verilən vəsait almamışıq. O vaxt atam həmin vəsaiti götürmək istəmədi. Sonra şəhid ailələrinə ev veriləndə də onu almağa razı olmadı. Baxmayaraq ki, ev verilməsi də şəhid ailələrinə göstərilən qayğının nümunəsi idi. Anam xəstədir, 87 yaşı var, ona görə də sənəd işlərini həll etmək üçün zamin kimi məni götürüb.
Düzdür, onun bütün müalicə xərclərini qarşılamağa çalışıram. Amma bu vəsait mənim işimi müəyyən qədər yüngülləşdirmiş olacaq. Sağ olsunlar ki, bizi də yada salıblar. Sənədləri təqdim etmişik, artıq ödənişi almaqda sıra nömrəmiz barədə məlumat daxil olub”.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu