Azərbaycanı təbii fəlakətdən peyklər qoruyacaq - VİDEO
Bizi izləyin

Sosial

Azərbaycanı təbii fəlakətdən peyklər qoruyacaq - VİDEO

İqtisadiyyatın inkişafı üçün ölkəmizin kosmosdakı peyklərindən daha aktiv şəkildə istifadə ediləcək. Təsdiqlənən dövlət proqramında turizm zonalarının müəyyənləşdirilməsi, yolların çəkilməsi, sürüşmə zonalarının müəyyənləşdirilməsi və ölkə daxili digər məsələlərdə peyklərimizdən geniş istifadə nəzərdə tutulur.

Xəzər Xəbər-in məlumatına görə, yerin məsafədən müşahidə edilməsi peyki olan ''Azər Sky'' vasitəsi ilə yeni turizm ərazilərinin tapılması hədəflənir. Bütün bunlar yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün dövlət proqramında nəzərdə tutulub.

Bundan başqa müasir yolların çəkilməsi, yer səthində geoloji müşahidələrin aparılması kimi məsələlərdə də müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq nəzərdə tutulur.

Bu peyklərlə hava limanlarının ərazilərinə də nəzarət ediləcək ve yeni limanlar üçün ərazi planlaşdırılacaq. Azərbaycanda qurulmuş universal yer üstü stansiya vasitəsi ilə ölkəmizin üstündən keçən bütün yer üstü müşahidə peyklərindən görüntü almaq mümkün olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm