Azərbaycanda 27 ildə 25 mindən çox insan bu səbəbdən ölüb
Bizi izləyin

Sosial

Azərbaycanda 27 ildə 25 mindən çox insan bu səbəbdən ölüb

Bu gün Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günüdür.

Publika.az xəbər verir ki, BMT-nin xüsusi qətnaməsinə əsasən, hər il noyabr ayının sonuncudan əvvəlki (üçüncü) bazar günü xatirə günü kimi dünyada qeyd olunur. Bu il həmin tarix 18 noyabra düşür.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, yol qəzaları ilə bağlı quru statistika çox ciddi faciələrdən xəbər verir: “Hər il yol-nəqliyyat hadisələrində 1 milyon 300 min insan həlak olur. Bu, bəzi dövlətlərin əhalisindən çoxdur. Təxminən 50 milyona yaxın insan xəsarət alır. Qəzalar ayrı-ayrı ölkələrin ÜDM-inin 5%-ə qədərini "yeyir". Ölkəmiz üzrə də qorxulu rəqəmlər alınır. Rəsmi statistikaya əsasən, 1991-ci ildən bu günə qədər (bu ilin 9 ayı daxil olmaqla) yollarımızda baş verən yol-nəqliyyat hadisələrində 25113 adam həlak olub, təxminən 75 mindən artıq adamın sağlamlığına ağır və az ağır zərər dəyib. Bu itkilər Qarabağ müharibəsindəki itkilərimizi üstələyir, çox təəsüüf ki. İqtisadi itkilərimiz isə dəqiq deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm