Sosial
Bakıda 2 ton yarım ət məhv edildi - FOTO
Noyabrın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyi məhv edilib.
Agentlikdən Publika.az-a verilən məlumata görə, malların məhvolma prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı bir sıra media nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ünvanında yerləşən satış məntəqələrində aşkar edilmiş ayrı-ayrı şəxslər tərəfindən müxtəlif regionlardan gətirilən mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar edilmişdi. Bununla əlaqədar olaraq, hüquq mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyən edilmişdi.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək