Komitə sədrinin qəbul vaxtı dəyişdi
Bizi izləyin

Sosial

Komitə sədrinin qəbul vaxtı dəyişdi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin noyabrın 30-na nəzərdə tutulmuş qəbulu dekabrın 1-nə keçirilir.

Publika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 1-də saat 11:00-da Sumqayıt şəhərində, Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasında (Sülh küç.1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı aidiyyəti rayonların - Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm