Kürdəmirdə uşaqların sosial reabilitasiyası layihəsi həyata keçirilir - FOTOLAR
Bizi izləyin

Sosial

Kürdəmirdə uşaqların sosial reabilitasiyası layihəsi həyata keçirilir - FOTOLAR

Azərbaycan Respublikasınin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bölgələrində uşaq və yeniyetmələrin sosial reabilitasiyası istiqamətində iş həyata keçirilir.

Publika.az xəbər verir ki, “Sosial İnkişafa Yardım” təşkilatı ilə birgə həyata keçirilən layihələr çərçivəsində müxtəlif rayonlarda inkişaf mərkəzləri təşkil edilib. Belə mərkəzlərdən biri də Kürdəmir rayonunda fəaliyyət göstərən “Kürdəmir rayon icma əsaslı sosial reabilitasiya Mərkəzi”dir.

Kürdəmirdəki mərkəzin layihə kordinatoru Zeynəb Məmmədova bildirib ki, layihə 9 ay müddətinə nəzərdə tutulub: “Artıq fəaliyyətimizin böyük hissəsi geridə qalıb. Əvvəlcədən planlaşdırmaya əsasən 50 nəfərin mərkəzimizdə reabilitasiya olunması nəzərdə tutulub. Hazırda mərkəzimizdə 40 uşaq və yeniyetməyə xidmət davam etdirilir. 10 uşaq isə artıq təlimlərdən keçib və kursları başa vuraraq mərkəzimizdən ayrılıb. Mərkəzə Kürdəmir şəhəri ilə yanaşı, rayonun müxtəlif kəndlərində yaşayan və bərpa prosesinə ehtiyacı olan uşaq və yeniyetmələr də gətirilir. Gələn uşaqların təxminən yarısı kənd sakinləridir və müraciət edənlər arasında müxtəlif problemli: autizm, əqli gerilik, eşitmə və danışma əngəlli, nitq qüsurlu uşaqlar var. Bundan başqa biz sosial müavinət alan və aztəminatlı ailələrin övladlarına da lazımi dəstəyi veririk.

Qeyd edək ki, “Kürdəmir rayon icma əsaslı sosial reabilitasiya Mərkəzi”ndə psixoloq (Jalə Hacıyeva), sosial işçi (Sahilə Müseyibova), uşaq inkişaf terapevti (Qüdrət Kazımov) sağlamlıq imkanları məhdud olan uşaqlara gündəlik həyat vərdişləri, psixoloji dəstək, ünsiyyət-nitq problemi, hərəkət problemlərinin həllinə kömək edir, sosial qayğıya ehtiyacı olan uşaqların dünyagörüşünün formalaşmasında və inkişafında mühüm işlər görürlər.

Layihə çərçivəsində Azərbaycan Respublikası Prezidenti yaninda Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Şurasının dəstəyi ilə “Hüquq Dünyasi” təşkilatı tərəfindən icra edilən “Məktəb psixoloqlarının bilik və bacarıqları artırılması və regionlarda uşaq hüquqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili ” üzrə İsmayıllı rayonunda 2 günlük təlimdə iştirak ediblər. Təlimçi–ekspert , psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyevanın təlimindən sonra sertifikatlar alan mərkəz əməkdaşları böyük stimulla sosial fəaliyyətlərini davam etdirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm